Gəncədə ev yanıb 

11:48 06.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yanğın qeydə alınıb.

Hafta.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.